Nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müşaviri öz qohumu haqda polisə şikayət edib
18-04-2016, 20:32
Virtualaz.org-a məlumatda adı keçən müşavirin kimliyi bəlli olub. O, Nəqliyyat naziri Ziya Məmmədovun keçmiş müşaviri Çingiz Baxşıyevdir.
Çingiz Baxşıyev bu vəzifəyə 2014-cü ilin yanvar ayında təyin olunub. Bundan əvvəl isə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi vəzifəsində işləyib.
Şikayətçi olduğu Rövşən Əhmədovla qohumdurlar və bu qohumluq əlaqələrinə görə Rövşən Əhmədov 2013-cü ilin axırlarına kimi Çingiz Baxşıyevin rəis olduğu xidmətdə işləyib.
Rövşən Əhmədov Çingiz Baxşıyevin şikayəti əsasında Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aprel ayının 4-də saxlanılıb. Hazırda həbsdədir.
Oğurlandığı iddia olunan isə dəyəri 400 min dollar dəyərində qiymətləndirilən qızıl sikkələr olub.
Çingiz Baxşıyev 4 ay əvvəl nəqliyyat nazirinin müşaviri vəzifəsindən çıxıbmış. O, 14 il Almaniyada yaşayıb. Həm də uzun illər avtomobil biznesi ilə məşğul olub.
* * *15:07
Nəqliyyat nazirinin keçmiş müşaviri öz qohumu haqda polisə şikayət edib.
Vəkil Adəm Məmmədov “Qafqazinfo”ya açıqlamasında bu barədə məlumat verib. O, şikayətçi olan müşavirin adını açıqlamasa da, həmin şəxsinin vaxtilə Nəqliyyat Nazirliyində həm də departament rəhbəri işlədiyini deyib. Sabiq müşavir qohumu olan Rövşən Əhmədovu dələduzluqda ittiham edib.
Vəkil bildirib ki, hüquqlarını qoruduğu R.Əhmədov şikayətlə bağlı saxlanılaraq Daxili İşlər Nazirliyinin Müştəkkil Cinayətlarlığa Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən tutulub və 10 gündən artıq müddətə həmin idarədə saxlanılıb.
Keçmiş müşavir qohumu R.Əhmədovu ona məxsus 50 kq qızılı dələdzuzluq yolu ilə ələ keçirməkdə ittiham edir. Həmin şəxs müvafiq dövlət orqanı tərəfindən hələlik zərərçəkmiş şəxs kimi tanınmayıb.