Zelenski minaaxtaran iti mükafatlandırdı

9-05-2022, 11:42           
Zelenski minaaxtaran iti mükafatlandırdı
Ukrayna Prezidenti Volodimir Zelenski “Patron” adlı minaaxtaran iti və onun sahibini Rusiyanın işğala başladığı gündən bəri göstərdikləri fədakar xidmətlərə görə medalla mükafatlandırıb.

Gununsesi.info xəbər verir ki, Zelenski bu barədə Kanadanın Baş naziri Castin Trüdo ilə Kiyevdə keçirdiyi mətbuat konfransında bildirib.

“Torpaqlarımızı minalardan təmizləyən Ukrayna qəhrəmanlarını mükafatlandırmaq istəyirəm. Qəhrəmanlarımızla birlikdə nəinki partlayıcıları zərərsizləşdirməyə, həm də uşaqlarımıza mina təhlükəsi olan ərazilərdə lazımi təhlükəsizlik qaydalarını öyrətməyə kömək edən balaca istehkamçı – “Patronu” da mükafatlandırmaq istəyirəm”, – deyə Zelenski vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru