Rusiyada televiziya yayımı şəbəkəsi sındırıldı və BU FOTOLAR YAYILDI - "Əlləriniz qana bulaşıb"

9-05-2022, 11:56           
Rusiyada televiziya yayımı şəbəkəsi sındırıldı və BU FOTOLAR YAYILDI -
Rusiya Federasiyasında televiziya yayımı şəbəkəsi sındırılıb və müharibəni xatırladan mesaj yayılıb.

Teref.az KONKRET.az-a istinadla xəbər verir ki, Rusiyada mayın 9-da naməlum şəxslər telekanalların yayım şəbəkəsinə müdaxilə edib. Ruslar televiziya proqramının cədvəli əvəzinə rus ordusunun Ukraynaya qarşı müharibə apardığını və minlərlə insanı öldürdüyünü xatırladan mesaj görürlər.

Bu barədə Rusiyanın Readovka saytı yazıb.

İşğalçı ölkənin müxtəlif rayonlarından olan sakinlər 9 May üçün bayram proqramı əvəzinə bu mətnli mesaj gördüklərindən şikayətlənirlər: “Minlərlə ukraynalının və onların öldürülən yüzlərlə uşağının qanı sizin əlinizdədir. Televiziya və hakimiyyət yalan deyir. Müharibəyə yox!”

Ruslar bu şəkli müxtəlif provayderlərdə və televiziya xidmətlərində izləyirlər. Ekran görüntüləri internetdə yayılıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru