Putin “Ölməz alay” yürüşünə atasının portreti ilə qatıldı - FOTO

9-05-2022, 18:05           
Putin “Ölməz alay” yürüşünə atasının portreti ilə qatıldı - FOTO
Rusiya prezidenti Vladimir Putin mayın 9-da Moskvadakı Qırmızı meydanda keçirilən “Ölməz alay” yürüşünə qatılıb.

Rusiya KİV xəbər verir ki, yürüş zamanı Putin əlində atasının portretini tutub.

Prezident yürüş iştirakçıları ilə söhbət edib, onların əlini sıxıb.

“Ölməz alay” yürüşü İkinci Dünya Müharibəsi iştirakçıları və qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Rusiyada keçirilən ümummilli aksiyadır. İlk dəfə 2012-ci il mayın 9-da yerli jurnalistlərin təşəbbüsü ilə Tomskda keçirilib, 2013-cü ildə isə ümummilli xarakter alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru