Rusiyalı pilotlar əmrlərə tabe olmamaq üçün öz döyüş sursatlarını tükədir

10-05-2022, 10:13           
Rusiyalı pilotlar əmrlərə tabe olmamaq üçün öz döyüş sursatlarını tükədir
“Ukraynadakı vəziyyəti anlayan bəzi rusiyalı hərbçilər cinayətkar sifarişləri yerinə yetirmək istəmirlər”.

Bu sözləri Ukraynanın Nikolayev vilayətinin hərbi administrasiyasının sədri Vitali Kim deyib.

“Bizim əldə etdiyimiz məlumatlara görə, bəzi düşüncəli rusiyalılar, ayrı-ayrı pilotlar, cinayətkar əmrlərə tabe olmamaq üçün boş sahələrdə öz sursatlarını tükədir. Bunun üçün sizə təşəkkür edirik. Belə davam edin, heç kimə qulaq asmayın”, - deyə Vitali Kim rusiyalı hərbçilərə müraciət edib.

Mənbə: TSN












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru