ABŞ “Kaspersky Lab”la bağlı araşdırmaları gücləndirdi
10-05-2022, 10:48
ABŞ hakimiyyəti Rusiyanın Ukraynada hərbi əməliyyatına başladıqdan sonra “Kaspersky Lab”a qarşı təhqiqatları gücləndirib. AzVision.az -ın məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən xəbər verib. Qeyd olunur ki, istintaq Ədliyyə Nazirliyindən ABŞ Ticarət Nazirliyinə verildikdən sonra bu işdə yalnız cüzi irəliləyiş əldə olunub. Ağ Ev və digər rəsmilər departamenti Rusiyanın iddia edilən kiberhücumları qorxusu fonunda mart ayında araşdırmalarını gücləndirməyə çağırıb.
Martın sonunda ABŞ-ın Federal Rabitə Komissiyası “Kaspersky Lab”ı fəaliyyəti ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan şirkətlər siyahısına daxil edib. Sənədə əsasən, ABŞ Daxili Təhlükəsizlik Departamenti “Kaspersky Lab” markalı məhsullar milli təhlükəsizlik üçün qəbuledilməz risk yaradır.