“Bayraqdar” təchizat gəmilərini vurdu - Britaniya

11-05-2022, 10:49           
“Bayraqdar” təchizat gəmilərini vurdu - Britaniya
Zmeynı adasında döyüşlər davam edir. Ukrayna “Bayraqdar” PUA-ları ilə Rusiyanın hava hücumundan müdafiə və təchizat gəmilərini vurub. Rusiyanın təchizat gəmiləri “Moskva” raket kreyserinin itirilməsindən sonra Qara dənizin qərbində minimal müdafiəyə malikdir.

Axar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

Məlumata görə, Rusiyanın adada qarnizonu gücləndirmək cəhdləri Ukraynaya rus qoşunları ilə döyüşmək və texnikanı məhv etmək üçün daha çox imkanlar verir. Rusiya strateji qanadlı raketlər, hava hücumundan müdafiə sistemləri və sahil müdafiəsi ilə adadakı mövqeyini gücləndirsə, Qara dənizin şimal-qərbində hökmranlıq edə bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru