"Azovstal" müdafiəçiləri işğalçıları zavod ərazisindən vurub çıxarmağa başladı... - VİDEO

13-05-2022, 09:48           
"Azovstal" müdafiəçiləri işğalçıları zavod ərazisindən vurub çıxarmağa başladı... - VİDEO
Ukrayna Milli Qvardiyasının "Azov" alayının hərbçiləri tam mühasirəyə və son dərəcə çətin vəziyyətə baxmayaraq Donetsk vilayətinin Mariupol şəhərindəki “Azovstal” zavodunun ərazisində Rusiya hərbçilərini darmadağın edir. Teref.az xəbər verir ki, moderator.az-ın rus versiyasının gecə saatlarında verdiyi xəbərə görə, bu barədə mayın 12-də alayın mətbuat xidməti məlumat yayıb və “YouTube”da “"Azov" alayı mümkün olmayanı edir” başlıqlı video yayımlayıb.

“Çox çətin vəziyyətə, sursat çatışmazlığına və çoxlu sayda yaralıya baxmayaraq "Azov" alayının əsgərləri “Azovstal” zavodunun ərazisində düşməni öncə ələ keçirdikləri mövqelərdən vurub çıxarmaqda davam edirlər. Mariupolun müdafiəçiləri düşmənin daim aviasiyadan, dəniz və top artilleriyasından, tanklardan və digər silahlardan istifadə etməsinə rəğmən düşmən mövqelərinə həmlə edərək mümkün olmayanı edir. Əsgərlərimizin Ukrayna uğrunda və şəxsi heyətin həyatının qorunması uğrunda mübarizəsi bütün çətinliklərə baxmayaraq davam edir”, - videonun şərhində belə deyilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru