Bakıda xanım sürücü dələduzu oğlanı biabır etdi: "Sən kişi deyilsən" - VİDEO

22-04-2016, 13:59           
Bakıda xanım sürücü dələduzu oğlanı biabır etdi: "Sən kişi deyilsən" - VİDEO
"Maşınım xarab olub" deyərək sürücülərdən pul yığan dələduz ifşa olundu
Bakıda sürücüləri soyan yeni dələduz peyda olub. Avtosfer.az-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə yayılan videolardan birində deyilir. Qadın sürücü bir müddət öncə bir sürücüyə yardım etdiyini və sonradan aldadıldığını bildirib. Yolda qalan sürücü avtomobilləri saxlayaraq maşının nasaz olduğunu deyir və avtokara pul lazım olduğunu iddia edərək insanlardan maddi köməklik istəyir. Qadın sürücü də həmin dələduza 15 manat verərək yaxşılıq etdiyini zənn edib. Ancaq həmin dələduz daha sonra Gənclik metro stansiyası yaxınlığında sürücünün yenidən qarşısına çıxıb və eyni sözləri bir daha təkrarlayıb. "Sənə min kişi kömək etmədi, amma mən kişi kimi sənə köməklik elədim. Halal xoşun olsun, amma sən kişi deyilsən", - deyə sürücü qadın dələduza deyib.
[media=https://www.youtube.com/watch?v=zAs19IBF8-I]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru