Rabitə və Nəqliyyat Kollecində üçrəngli bayrağı tərsinə asdılar - FOTO

23-04-2016, 11:45           
Rabitə və Nəqliyyat Kollecində üçrəngli bayrağı tərsinə asdılar - FOTO
Bu günlər bəlli səbəblərdən ölkə başdan başa üçrəngli, ay ulduzlu bayrağımıza bürünüb. Dörd günlük qanlı döyüşlər məmləkət insanının ümidini özünə qaytarıb, topraqlarımızın işğaldan azad olunmasının heç də dünyanın səkkizinci möcüzəsi olmadığı, on minlərlə şəhid qanı bahasına olsa belə mümkünlüyü hamının Azərbaycanın gələcəyinə baxışlarını 180 dərəcə dəyişib. Bir sözlə, ölkə tamam başqa ovqata köklənib.

Amma hələ də bayrağımızın rənglərinin mənasını və asılma qaydasını bilməyən çoxsaylı vətəndaşımız var. Təkcə vətəndaş olsaydı nə dərdimiz vardı ki? Bəzi dövlət qurumlarının rəhbərləri belə hələ də bayrağımıza sahib çıxa bilmirlər. O bayrağımıza ki, şəhidlərimizi də onlara büküb son mənzilə yola salırıq, mənzillərimizi və eyvanlarımızı da onunla bəzəyirik, qələbə qazandığımız arenalarda da onu başımızın üzərinə qaldırmaqdan zövq alırıq.

Qərəz, Moderator.az - ın poçtuna Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin giriş qapısında üçrəngli bayrağımızın tərsinə asılmasını göstərən bayrağın bir neçə rakursdan çəkilmiş fotosu göndərilıib və bizdən qanunvericilikdə milli atributumuza qarşı bu hörmətsizliyə görə hansı cəzanın nəzərdə tutulduğu soruşulur.

Elə biz də əlaqədar qurumlardan soruşuruq, bu hörmətsizliyin qanun və Allah qarşısındakı cəzasını bilməyənlərlə bağlı hansı tədbirlər görüləcək...?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.