Yaponiyada güclü qar üç nəfərin ölümünə səbəb olub

22-12-2022, 12:44           
Yaponiyada güclü qar üç nəfərin ölümünə səbəb olub
Yaponiyada artıq bir neçə gündür yağan güclü qar insan ölümlərinə səbəb olub.

Son məlumata görə, “gündoğan ölkə”də havaların kəskin soyuması nəticəsində üç nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Ən çox yağıntı Yaponiyanın Niiqata əyalətinə düşüb. Bu əyalətdə yerləşən şəhərlərin market şəbəkələrinə ərzaq məhsullarının çatdırılmasında fasilələr yaranıb, nəticədə rəflərin boş qaldığı müşahidə edilib.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, soyuq hava dalğası və güclü qar bu həftənin bazar gününə qədər davam edəcək.

Mənbə: İHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru