Rusiyada təyyarədə yanğın: Sərnişinlər təxliyyə olundu – VİDEO
23-12-2022, 10:54
Domodedovo hava limanından havaya qalxmağa hazırlaşan Ural Hava Yollarına məxsus U6 167 Moskva - Kalininqrad reysini həyata keçirən təyyarənin göyərtəsində yanğın baş verib.
Məlumata görə, sərnişinlərdən birinə məxsus poverbank yanıb.
Cihaz əvvəlcə çox isinib, daha sonra qəfildən alovlanıb.
Aviaşirkət yanğının tez bir zamanda söndürüldüyünü, sərnişinlərin hava nərdivanlardan istifadə etməklə təyyarənin salonundan dərhal təxliyyə edildiyini bildirib.