Tramp içiboş qovluğa görə məhkəməyə çağırıldı

13-02-2023, 11:34           
Tramp içiboş qovluğa görə məhkəməyə çağırıldı
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Laqo mülkündə axtarış zamanı tapılan “Gizli Axşam Brifinqi” adlı qovluqla bağlı məhkəməyə çağırılıb.

Məlumata görə, qovluq boş olub. O, siyasətçinin xahişi ilə xatirə olaraq saxlanılıb. ABŞ Ədliyyə Nazirliyi Trampın malikanəsində aparılan axtarışla bağlı hesabat aldıqdan sonra federal prokurorluq bu qovluğun hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilməsini və keçmiş dövlət başçısının məhkəməyə çağırılmasını istəyib.

Qeyd edək ki, dekabr ayında keçmiş prezidentin iqamətgahında aparılan yoxlamlar zamanı məxfi sənədlər aşkar olunub.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru