Bakıda gecə klubunda dava: Kişi onunla rəqs etməyən qadınları döydü - TƏFƏRRÜAT 13-02-2023, 10:25 Nəsimi rayonunda yerləşən klubların birində baş verən kütləvi davanın təfərrüatı məlum olub.Oxu.Az-ın məlumatına görə, “Hiss” gecə klubunda kişi müştərilərdən biri sərxoş olub.O, qızlar oturan masaya yaxınlaşıb və onlarla rəqs etmələrini istəyib.Qızlar ona etiraz ediblər. Nəticədə onlar arasında dava düşüb.Döyülən qızlardan biri xəstəxanaya yerləşdirilib, üçü isə ambulator müalicəyə buraxılıb.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş