Küçənin ortasında silahlı insident - Mübahisə etdiyi şəxsi güllələdi (VİDEO)

17-03-2023, 21:07           
Küçənin ortasında silahlı insident -
Türkiyənin paytaxtında silahlı insident olub.

32gun.az yerli KİV-nə istinadən xəbər verir ki, küçənin ortasında baş verən mübahisə qanla bitib. C.G. adlı şəxs S.M. adlı şəxsi ov tüfəngi ilə vurub.

Əldə edilən məlumata görə, tərəflər arasında düşmənçilik münasibətləri olub. Onlar danışmaq üçün yer təyin ediblər. C.G. təyin olunan yerə əvvəlcədən gələrək, park edilmiş avtomobilin altında silah gizlədib. Mübahisə zamanı gizlətdiyi silahı çıxararaq S.M.-nı ayağından güllələyib. Yaralı şəxs xəstəxanaya aparılıb. Təqsirli şəxs isə hadisə yerin qaçmağı bacarıb. Hazırda onun axtarışları davam edir.

Bildirək ki, hadisə anı təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru