Rusiyanın Ukraynadakı müharibədə itkiləri

18-03-2023, 00:05           
Rusiyanın Ukraynadakı müharibədə itkiləri
Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 163 320 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 506 tank, 6 823 zirehli maşın, 2 552 artilleriya sistemi, 504 reaktiv yaylım atəşi sistemi, 265 hava hücumundan müdafiə sistemi, 305 təyyarə, 290 helikopter, 2 145 PUA, 907 qanadlı raket, 18 gəmi/qayıq, 5 401 avtomobil texnikası və avtosistern, 258 xüsusi texnikadan ibarətdir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.