“Taliban” qızların evdə təhsil almasını təşkil edən hüquq müdafiəçisini həbs edib 29-03-2023, 12:13 “Taliban” hərəkatı Əfqanıstanda qızların evdə təhsil almasını təşkil edən tanınmış hüquq müdafiəçisi Matiullah Vesanı həbs edib.Xəbəri hüquq müdafiəçisinin yaxınları da təsdiq ediblər.Onlar bildiriblər ki, Matiullah Vesa paytaxt Kabildə, evinin yaxınlığında həbs olunub.Hazırda onun harada olduğu bilinmir.Hüquq müdafiəçisinin saxlanılmasına Birləşmiş Millətlər Təşkilatı da reaksiya verib. Facebook-da paylaş