Kürdəmirdə avtomobil anidən yandı - FOTO

3-06-2023, 08:46           
Kürdəmirdə avtomobil anidən yandı - FOTO
Kürdəmir rayonunda vətəndaşa məxsus avtomobil anidən yanıb.

“Report” xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Rəmiş Neman oğlu Nərimanov ona məxsus VAZ-21015 markalı avtomobili evinin qarşısında saxlayıb.

Bu zaman avtomobilin mühərrik hissəsində elektrik naqillərində qısaqapanma baş verib və nəqliyyat vasitəsi anidən alışıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Fakt araşdırılır.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru