Yunanıstanda üç günlük matəm elan olundu 15-06-2023, 12:04 Yunanıstan hökuməti çərşənbə günü İon dənizində balıqçı qayığının batması nəticəsində azı 78 miqrantın ölümündən sonra üç günlük matəm elan edib.Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.Ölkədə 14 iyun çərşənbə günü saat 21:00-dan 17 iyun şənbə günü axşam saat 21:00-a qədər üç günlük milli matəm olacaq. Facebook-da paylaş