Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki kabinetində özünü güllələdi - FOTO

29-08-2023, 12:08           
Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki kabinetində özünü güllələdi - FOTO
Ukrayna paytaxtı Kiyevdə Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki ofisində özünü güllələyib.

Bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat daxil olub.

“Hadisə avqustun 25-də baş verib. Ukrayna Təhlükəsizlik Xidmətinin xüsusi rabitə şöbəsinin rəis müavini Dmitri Bakaev iş otağında başından güllə yarası ilə tapılıb. Təhlükəsizlik Xidməti əməkdaşı “Makarov” tapançası ilə özünü güllələyib, bu, onun xidməti silahı olub”, - deyə mənbə bildirib.

Bildirilib ki, kabinetdə meyitin yanında hesabat şəklində intihar məktubu tapılıb. Məktub Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuka ünvanlanıb.

Məktubda Bakaev ölümündə rəhbərliyi günahlandırıb və ona qarşı qərəzli münasibətdə, daim şərəf və ləyaqətinin alçaldılmasında ittiham edib.
“Hazırda istintaq intiharın səbəblərini müəyyənləşdirir, artıq Təhlükəsizlik Xidmətinin bir neçə əməkdaşı dindirilib”, - deyə mənbə qeyd edib.

Daha sonra Ukrayna Təhlükəsizlik Xidmətinin Mətbuat Xidməti polkovnikin intiharı ilə bağlı verdiyi açıqlamada hadisənin Milli Polis tərəfindən araşdırıldığını nəzərə çatdırıb.



Məbə: Strana.today.ua












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru