Fransada tennis topu boyda dolu yağıb - VİDEO

29-08-2023, 11:38           
Fransada tennis topu boyda dolu yağıb - VİDEO
Fransada güclü dolu yağıb. Yuxarı Luara departamenti daşqın və fırtınalardan ciddi şəkildə zərər çəkib.

Məlumata görə, evlərin damları və onlarla avtomobilin ön şüşələri zədələnib, bəzi binalar da su altında qalıb.

Hadisə şahidləri dolunun tennis topu böyüklüyündə olduğunu bildiriblər. Heç kim xəsarət almayıb, lakin yerli məmurlar altı departamentin sakinlərini hələ də tufan üçün narıncı xəbərdarlıq rejimi davam etdiyindən ayıq-sayıq olmağa çağırıblar.

Mənbə: Ura.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru