Sabiq deputat "Yeni Müsavat”ı məhkəməyə verdi - Fantastik məbləğdə təzminat istəyir

29-08-2023, 18:32           
Sabiq deputat "Yeni Müsavat”ı məhkəməyə verdi - Fantastik məbləğdə təzminat istəyir
Sabiq deputat "Yeni Müsavat”ı məhkəməyə verdi
Milli Məclisin IV və V çağırış deputatı Hacı Salayev "Yeni Müsavat" qəzetini və Minval az saytını məhkəməyə verib.
TEREF.AZ Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Müsavat media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlu məlumat verib.
Onun sözlərinə görə, məqsəd bu media resurslarını çökdürməkdir:
“Pulun ölçü vahidini milyonla ölçən "Qabırğa Hacı" bizdən üst-üstə 1 milyon manat pul istəyir. İşin qəribə tərəfi də budur ki, eyni anda rusdilli saytımız Minval.az saytı da rusiyalı milyarder, adı şübhəli işlərdə hallanan Fərhad Əhmədov tərəfindən məhkəməyə verilib.
Hacı Salayev bir zamanlar Azərbaycana qarşı Moskvada qurulan "Milyarderlər İttifaqı"nın gizli tərəfdarlarından, onların "ayaq takımı"ndan olub. Qudası AST Telman və dostu, ortağı Abbas Abbasov vasitəsi ilə ölkəmiz və dövlətimiz əleyhinə fəaliyyətlərdə bulunub. Onun bir Rusiya heyranı olduğunu hər kəs bilir. İndi Moskva üstümüzə bu iki "tox iti"ni göndərir. Onlara təlim keçməksə bizə düşər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru