Meksikada tanker qəzası - 8 nəfər yanaraq öldü

30-08-2023, 11:14           
Meksikada tanker qəzası -
Meksikada yanacaq daşıyan tanker, yük maşını və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Xarici KİV xəbər verir ki, qəza Meksikanın Gerrero ştatının İquala və Çilpansinqo şəhərlərini birləşdirən magistralda baş verib.

Yanacaq çəninin alov alması nəticəsində nəqliyyat vasitələrində olan 8 nəfər həlak olub, 1 nəfər isə yaralanıb.

Qəzanın yanacaq tankerinin idarəetməni itirərək aşıb digər 2 avtomobillə toqquşması nəticəsində baş verdiyi təxmin edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru