Bakıda avtomobil yolu keçmək istəyən piyadaları vurdu, ölənlər var
30-08-2023, 10:24
Bakının Yasamal rayonunda piyadaların vurulması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Mətbuat prospektində qeydə alınıb.
Belə ki, “Mercedes-Benz” markalı avtomobilin sürücüsü yoldan keçən iki qadını vurub. Hadisə nəticəsində hər iki piyada ölüb. Faktla bağlı araşdırma aparılır.