Güney Azərbaycanın Əhər şəhərinə leysan yağıb, küçələri su basıb - FOTO
30-08-2023, 11:24
Güney Azərbaycanın Əhər şəhərinə leysan yağıb, küçələri su basıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Məlumata görə, Əhərin kəndlərində leysan ciddi fəsadlar törədib, sakinlərə məxsus evlərə və avtomobillərə ziyan dəyib. Hökumət bölgədə hələlik heç bir tədbir görməyib.