Prezident seçkilərinin nəticələri ləğv edildi, paytaxtda atışma gedir

30-08-2023, 12:24           
Prezident seçkilərinin nəticələri ləğv edildi, paytaxtda atışma gedir
Qabon ordusu hakimiyyət institutlarının ləğv olunduğunu elan edib.

Teref.Az report-a istinadən xəbər verir ki, seçki komissiyasının bu gün açıqladığı rəsmi nəticələrə görə, Qabonun hazırkı prezidenti, 14 ildir hakimiyyətdə olan Əli Bonqo Ondimba 64,27% səslə üçüncü müddətə qalib gəlib.

Bundan sonra Qabonda hərbçilər televiziya vasitəsilə bütün dövlət qurumlarının buraxıldığını, son prezident və parlament seçkilərinin nəticələrinin ləğv edildiyini bəyan ediblər. Hazırda paytaxt Librevil şəhərində avtomat silahlardan istifadə edilməklə atışma gedir. Ordu sərhədlərin bağlandığını da bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru