Fransa TIR-ları geri döndü - VİDEO

30-08-2023, 17:45           
Fransa TIR-ları geri döndü - VİDEO
Fransızların sözdə “humanitar karvan”ı şərti sərhədin yaxınlığında bir neçə saat gözlədikdən sonra Gorus istiqamətində dönüb.

Musavat.com xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb.

“Gəldilər, selfi çəkdirdilər, getdilər. Güman ki, Kornidzor və ya Gorusda hardasa bir “şər azərbaycanlı” və “acdan ölən separatçı” haqqında mətbuat konfransı təşkil edəcəklər”, - bunu jurnalist Fərdin İsazadə yazıb.

Xatırladaq ki, Fransanın iki səlahiyyətlisinin müşayiəti ilə 10 TIR İrəvandan Xankəndiyə yola düşüb. Teleqram kanalları onların sərhəddən buraxılmadığını yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru