CAR-da yanğın olub, azı 56 nəfər ölüb, 43 nəfər yaralanıb

31-08-2023, 13:39           
CAR-da yanğın olub, azı 56 nəfər ölüb, 43 nəfər yaralanıb
Cənubi Afrika Respublikasının (CAR) ən böyük şəhəri Yohannesburqun mərkəzində beşmərtəbəli binada yanğın baş verib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində azı 56 nəfər ölüb, 43 nəfər yaralanıb.

Yanğın baş verən binada 200-ə yaxın insanın yaşadığı bildirilir.

Məlumata görə, ölənlərdən biri uşaqdır.

Hadisənin səbəbi məlum deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru