XəzərNews.az xəbər verir ki, bu barədə yerli bloqer Aleksey Malov “Current Time” telekanalına müsahibəsində danışıb.
"Bu, əlbəttə ki, fövqəladə haldır. Əvvəllər Pskovda belə hadisələr olmayıb. Mənim ailəm hava limanının yaxınlığında yaşayır. Pəncərələrin titrəməsi və partlayış nəticəsində baş verən sarsıntıları bütün ailəm hiss edib", -deyə Malov qeyd edib.