İranda metaləritmə zavodunda partlayış: 21 nəfər yaralanıb 20-09-2023, 17:34 İranda metaləritmə zavodunda partlayış: 21 nəfər yaralanıbBu gün günorta saatlarında İranın şimalında yerləşən Qum vilayətində metaləritmə zavodunda güclü partlayış baş verib.Trend-in məlumatına görə, hadisə nəticəsində 21 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Yaralanlardan birinin vəziyyəti ağırdır.Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş