Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub - Ölənlər var

20-09-2023, 20:44           
Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub - Ölənlər var
Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil atəşə tutulub, ölənlər var.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə sülhməramlılar Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən baş verib.

Məlumata görə, avtomobildə olan hərbçilər həlak olub.

Nazirliyin məlumatına görə, Rusiya və Azərbaycan istintaq orqanlarının nümayəndələri insidentin bütün detallarını aydınlaşdırmaq üçün hadisə yerində işləyirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru