Rostov vilayətində Don çayında iki gəmi toqquşub

21-09-2023, 07:47           
Rostov vilayətində Don çayında iki gəmi toqquşub
Rusiyanın Rostov vilayətində Don çayının akvatoriyasında iki gəmi arasında toqquşma baş verib.

Məlumata görə, Don çayının 2998-ci kilometrliyində, “Qafqaz” limanına buğda yükü ilə üzən “Volqodon-225” gəmisi ilə Qazaxıstana üzən “Astrol-6” gəmisi toqquşub.

“Volqodon”da su xəttinin üstündə kiçik bir əzik var, sol tərəfdəki artırmalar zədələnib, “Astrol”un lövbər zəncirində zədə var. Ümumilikdə itki və neft sızıntısı yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru