Rusiya sülhməramlı kontingentinin 5 avtomobili Gorus-Xankəndi istiqamətində hərəkət edib

21-09-2023, 09:28           
Rusiya sülhməramlı kontingentinin 5 avtomobili Gorus-Xankəndi istiqamətində hərəkət edib
Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin 5 avtomobili Gorus-Xankəndi istiqamətində hərəkət edib.

Teref.Az xəbər verir ki, 20.09.2023-cü il tarixdə Laçın DSBM-dən Gorus-Xankəndi istiqamətində 5 nəqliyyat vasitəsinin (2 NV un, 1 NV benzin, 1 NV Dizel yanacağı, 1 NV heyət) və 13 nəfər Rusiya Federasiyası sülhməramlı kontingentinin dövlət sərhədindən hərəkəti qeydə alınıb.

Bu, bir daha göstərir ki, Laçın yolu açıqdır, heç bir blokada yoxdur. Rusiya sülhməramlılarının da sərbəst hərəkəti üçün lazımı şərait mövcuddur. \\Redaktor.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru