Kolumbiyadakı şiddətli meşə yanğınları milyonlarla insanın həyatını təhlükə altına alıb - VİDEO

23-09-2023, 11:54           
Kolumbiyadakı şiddətli meşə yanğınları milyonlarla insanın həyatını təhlükə altına alıb - VİDEO
Kolumbiyada baş verən şiddətli meşə yanğınları üç milyona yaxın əhalisi olan Kali şəhərini təhlükə altına alıb.

Məlumata görə, Kalinin şimal hissəsindəki Altos de Menqa ərazisində irimiqyaslı meşə yanğınları o qədər şiddətlidir ki, şəhər rəhbərliyi kömək üçün şəhər əhalisinə müraciət etməyə məcbur olub.

Yerli hakimiyyət orqanları belə yanğınların təxminən 95%-nin insanlar tərəfindən törədildiyini bildirib, sakinləri günahkarların tapılmasında kömək etməyə çağırıb. Bu məsələ ilə bağlı dəyərli məlumat üçün 50 milyon peso mükafat elan edilib. Bu, təxminən 890 min dollardır.
Mənbə qeyd edir ki, yanğın Kalinin flora və faunasına ciddi ziyan vurub, həmçinin sakinlərin həyatını təhlükəyə atıb. Yanğının söndürülməsində könüllü yanğınsöndürmə idarəsindən 100 nəfər, həmçinin Yumbo, mülki müdafiə və Qızıl Xaçdan olan yanğınsöndürənlər iştirak ediblər.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru