Ukrayna Rusiyanın 70 hərbçisi ZƏRƏRSİZLƏŞDİRDİ

24-09-2023, 15:39           
Ukrayna Rusiyanın 70 hərbçisi ZƏRƏRSİZLƏŞDİRDİ
Ukrayna Silahlı Qüvvələri Tavriya istiqamətində Rusiya ordusunun 70 hərbçisini zərərsizləşdirib.

Publika.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, “Tavriya” əməliyyat-strateji qoşun qrupunun komandiri, briqada generalı Aleksandr Tarnavski bildirib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın 50-dən çox texnika və sursatını da sıradan çıxarıb.

Onun sözlərinə görə, gün ərzində düşmən Ukrayna mövqelərinə 17 dəfə hücum edib və 783 atəş açıb, 1 raket və 17 hava zərbəsi endirib. Eyni zamanda, bu istiqamətdə Ukrayna artilleriya bölmələri gün ərzində 1 116 atəş missiyasını yerinə yetirib.

Qeyd edək ki, son gün ərzində Rusiya ordusunun 154 hərbçisi yaralanıb. Bundan əlavə, bir hərbçi Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru