Pakistanda qatarların toqquşması nəticəsində azı 30 nəfər xəsarət alıb

25-09-2023, 10:24           
Pakistanda qatarların toqquşması nəticəsində azı 30 nəfər xəsarət alıb
Sentyabrın 25-də səhər saatlarında Pakistanın şərqində yük qatarı ilə sərnişin qatarının toqquşması nəticəsində azı 30 nəfər xəsarət alıb.

Rəsmilərin bildirdiyinə görə, faktla bağlı araşdırma başlanıb və toqquşmadan sonra bir qatarın maşinisti, onun köməkçisi və digər iki işçinin işdən uzaqlaşdırılıb.

Dəmiryolu rəsmisi Şahid Əziz bildirib ki, hadisə Şayxupura rayonunda Qila Səttar Şah stansiyası yaxınlığında baş verib. Onun sözlərinə görə, xəsarət alan sərnişinlərin əksəriyyətinə qatar stansiyasında tibbi yardım göstərilib, daha ağır xəsarət alanlar isə xəstəxanalara aparılıb.

Köhnəlmiş infrastrukturu səbəbindən Pakistanda dəmir yolu qəzaları tez-tez baş verir.​












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru