Suriyada İranın dəstəklədiyi terror qruplaşmalarına hava zərbələri endirilib

3-10-2023, 10:26           
Suriyada İranın dəstəklədiyi terror qruplaşmalarına hava zərbələri endirilib
Suriyanın İraq sərhədinə yaxın Deyr əz-Zor vilayətinin Əl-Bukemal rayonunda naməlum təyyarələr İranın dəstəklədiyi qüvvələri hədəfə alıb, qruplara aid 3 hərbi nöqtəni vurub.

32gun.az xarici KİV-lərə istinadən xəbər verir ki, hücumlarda Harabesh, Herri və Humeyda bölgələrində İranın dəstəklədiyi qruplar hədəfə alınıb.Harabeş bölgəsindəki hücumda radar stansiyası bombalanıb.

Qeyd edək ki, Deyr əz-Zor, Suriya-İraq sərhəddində, İrandan Livana quru əlaqəsini təmin edən şəhərdir.

Deyr əz-Zor vilayətinin mərkəzi və qərbi 2017-ci ilin noyabrında İŞİD-in geri çəkilməsindən sonra İranın dəstəklədiyi qrupların köməyi ilə Dəməşq rəhbərliyinin əlinə keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru