Xəstəxanadakı qanunsuzluqlarla bağlı cinayət işi başlandı

4-10-2023, 00:01           
Xəstəxanadakı qanunsuzluqlarla bağlı cinayət işi başlandı
Şabran Rayon Mərkəzi Xəstəxanasında yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Şabran rayon prokurorluğundan “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı 2018-2023-cü illəri əhatə edən dövr ərzində qeyd edilən xəstəxananın vəzifəli şəxs(lər)inin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bilə-bilə rəsmi sənədlərə yalan məlumatlar daxil edib külli miqdarda dövlət əmlakının mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda ibtidai istintaq davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru