Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi - AÇIQLAMA

4-10-2023, 16:26           
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi - AÇIQLAMA
Tanınmış jurnalist Səbuhi Məmmədlinin sağ ayağı amputasiya edilib.

TEREF.AZ bildirir ki, bu barədə Lent.az-a M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, əməliyyat bu gün həyata keçirilib və jurnalistin sağ ayağı da amputasiya edilib. Bundan əvvəl isə onun sol ayağı amputasiya edilmişdi.

Hazırda jurnalistin durumu normal qiymətləndirilir.

Xatırladaq ki, S.Məmmədli diabet və dialez xəstəsidir.

Qeyd edək ki, Səbuhi Məmmədli Lent.az saytının əməkdaşıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru