İsraillə HƏMAS arasında atəşkəs elan edildi: Girovlar azad edilir

21-11-2023, 19:54           
İsraillə HƏMAS arasında atəşkəs elan edildi:
İsrail ordusu ilə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Al Shark” qəzeti məlumat yayıb.

Bildirilir ki, atəşkəs beş gün davam edəcək.

Həmçinin, oktyabrın 7-dən bəri HƏMAS tərəfindən əsir saxlanılan 10 girov 30 fələstinli məhbusun əvəzində hər gün azad ediləcək. Bildirilib ki, ümumilikdə 53 israilli girov, o cümlədən 40 uşaq və 13 qadın azad olunacaq.

İsrail öz növbəsində Qəzza zolağında blokadada olan əhali üçün humanitar yardımla gündə 100-dən 300-ə qədər yük maşını keçirməyə razılaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru