20 ton zibilin arasından üzük axtardılar: ABŞ-də unikal hadisə - FOTO

30-11-2023, 15:34           
20 ton zibilin arasından üzük axtardılar: ABŞ-də unikal hadisə - FOTO
ABŞ-də işçilər itirilmiş nikah üzüyünü tapmaq üçün 20 ton zibilin arasında axtarış aparıblar.

Bu barədə Nyu-Hempşirdə təkrar emal zavodunun sözçüsü bildirib.

Onun sözlərinə görə, yerli siyasətçilərdən biri ona zəng edib və təsadüfən toy üzüyünü atmış sakinlə danışmasını istəyib.

Qadın zavod sözçüsünə ərinin zibilləri nə vaxt atdığını və zibil torbasında daha nələrin olduğunu deyib.

Fəhlələr təxminən 20 tona yaxın zibilləri çeşidləməli olublar. Nəhayət axtarışlara başlandıqdan iki saat sonra üzük tapılıb. Zinət əşyası təmizlənib və sahibinə qaytarılıb.
Daha sonra zavod işçiləri nadir də olsa, belə halların baş verdiyini bildiriblər. İki il ərzində itirilmiş üzüklərlə bağlı cəmi üç hadisə baş verib.




Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.