Bir ailə qəzaya düşdü: 2 ölü, 3 yaralı - VİDEO

5-08-2016, 21:20           
Bir ailə qəzaya düşdü: 2 ölü, 3 yaralı - VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat açıqlayıb.

Dia.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonu, Xırdapay kəndində "KİA" markalı minik avtomobilinin "VAZ" markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Qəza nəticəsində "KİA" markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Ələkbərov Əli Əsəd oğlu və 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 2 nəfər sərnişin xəsarət alıb.

"VAZ" markalı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəsəd və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.