Məktəblərin yaxınlığında fast food satışının məhdudlaşdırılması təklif edilib
13-02-2024, 11:54
Rusiyanın Əməkdar Həkimi, Federasiya Şurasının Sosial Siyasət Komitəsinin üzvü Janna Çefranova bildirib ki, məktəblərin yaxınlığında fast food satış məntəqələrinin sayı qanunvericilik səviyyəsində məhdudlaşdırılmalıdır. Bu, uşaqlıqdan başlamalı olan ürək-damar xəstəliklərinin qarşısının alınması tədbirlərindən biri kimi xidmət edəcəkdir.Çefranova qeyd edib ki, piylənmə ürək-damar xəstəlikləri və şəkərli diabet kimi sosial əhəmiyyətli problemdir. Onun sözlərinə görə, yetkin yaşda artıq çəkisi olan yeniyetmələr insult riski altındadır.