Qida rasionunda şəkərin çox olması ödemə gətirib çıxarır

9-03-2024, 10:58           
Qida rasionunda şəkərin çox olması ödemə gətirib çıxarır
Həddindən artıq şəkər istehlakı göz altında torbalara və şişməyə səbəb ola bilər. Foodinfo.az xəbər verir ki, bunu Pravda.Ru-ya müsahibəsində qastroenteroloq Yekaterina Kaşux deyib.Mütəxəssisin sözlərinə görə, şəkər böyrəklərə mənfi təsir edərək, onlarda duzun yığılmasına səbəb olur ki, bu da öz növbəsində orqanizmdə mayeni saxlayır. Suyun durğunluğu protein çatışmazlığına bənzər bir təsirə malikdir - bədən şişməyə başlayır. Bundan əlavə, sadə karbohidratların və spirtin həddindən artıq istehlakı oxşar nəticələrə səbəb ola bilər.“Cəmi 1 qram xörək duzu bədəndə təxminən 100 mililitr maye saxlaya bilir. Şəkər öz növbəsində böyrəklərin duz saxlamasına səbəb olur. Nəticə eynidir - suyun tutulması və şişməsi. Alkoqol fərqli hərəkət edir - etanol diüretik kimi işləyir. Bədən su itkisinə qarşı durmağa çalışır və onu toxumalarda saxlamağa başlayır. Şişkinlik baş verir” deyə izah edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.