Yer üzündə ən çox ildırım bura düşür – Təəccüblənəcəksiniz
9-03-2024, 10:54
Yer üzündə ən yüksək ildırım konsentrasiyası Venesuelada Marakaybo gölünə axan Katatumbo çayının vadisində baş verir.
Lent.az xəbər verir ki, burada hər kvadratkilometrdə ildə 250 atqı ildırım müşahidə olunur.
Ümumilikdə ildə ildırım vuranların sayı milyonu keçir. Davamlı atqılar 365 gecəlik bu ərazidə 140-160 dəfə parıldayır və onların əksini 400 km-ə qədər məsafədən görmək olur.
Bununla əlaqədar Venesuela hakimiyyəti bu ərazini “dünyanın ildırım paytaxtı” adlandırıb. Bu məkanı ziyarət etmək istəyirsinizsə, hər ehtimala qarşı belə şəraitdə təhlükəsizliyinizi təmin edən davranış qaydalarına riayət etməlisiniz.