Dəniz tısbağasının ətindən zəhərlənən 8 uşaq öldü

9-03-2024, 17:17           
Dəniz tısbağasının ətindən zəhərlənən 8 uşaq öldü
Tanzaniyanın Pemba adasında dəniz tısbağasının ətini yedikdən sonra 8 uşaq ölüb, 78 nəfər isə zəhərlənmə diaqnozu ilə xəstəxanalara aparılıb.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, tibbi müayinə nəticəsində uşaqların dəniz tısbağasının ətindən zəhərlənərək öldükləri təsdiqlənib. Zəhərlənənlər qorxduqları üçün xəstəxanalara gec müraciət ediblər. Hadisə ilə bağlı araşdırmalar davam edir.

Bu, ilk belə hadisə deyil. 2023-cü ilin mart ayında Tanzaniyanın Hind okeanındakı Mafiya adasında dəniz tısbağası əti yeyən yeddi nəfər ölmüşdü. Tanzaniya rəsmiləri dəniz tısbağasının ətinin zəhərli olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru