İraqda güclü yanğın: Milyonlarla dollar... - FOTO

10-03-2024, 12:44           
İraqda güclü yanğın:
İraqın Ərbil şəhərinin şimalında sənaye materialları anbarında yanğın baş verib.

Alov binanın içərisindəki tezalışan əşyalara keçib və yanğınsöndürənlər tərəfindən yanğının nəzarət altına alınması işləri davam edir.

Bu barədə anbarın sahibi İbrahim Xıdırın sözlərinə görə, yanğına səbəb elektrik naqilindəki nasazlıq olub.

Bildirilib ki, hadisə nəticəsində ölən yoxdur. Lakin külli miqdarda maddi ziyan dəyib.

“Dəyən maddi ziyan 10 milyon dollar məbləğində qiymətləndirilir”, - deyə o qeyd edib.
Binada tezalışan materiallar olub ki, bu da alovun güclənməsinə gətirib çıxarıb və dəyən ziyanı artırıb.



Mənbə: Rudaw.net












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru