Məhəmməd peyğəmbəri təhqir edən tələbə edam olunacaq

10-03-2024, 15:24           
Məhəmməd peyğəmbəri təhqir edən tələbə edam olunacaq
Pakistan məhkəməsi Məhəmməd peyğəmbəri təhqir edən “WhatsApp” mesajlarına görə iki gənci cəzalandırıb.

“Cebhe.info” xəbər verir ki, bu barədə “The Indian Express” yazır.

İş üzrə təqsirləndirilən şəxslərin 22 yaşlı tələbə və 17 yaşlı oğlandır. Birinci məhkum Məhəmməd peyğəmbər və onun həyat yoldaşları haqqında aşağılayıcı sözlər ehtiva edən foto və videoya görə ölümə məhkum edilib. Öz növbəsində, ikinci məhkumməzmun yaydığına görə ömürlük həbs cəzası alacaq.

Şikayət Pakistan Federal Təhqiqat Agentliyinin kibercinayətkarlıq bölməsinə 2022-ci ildə daxil olub. Bunu üç müxtəlif mobil nömrədən foto və video materialları alan yerli sakin yazıb.

Bundan əvvəl Pakistanda özünü yeni peyğəmbər elan edən Salma Tanvir adlı qadın edam cəzasına məhkum edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru