Şotlandiyada təyyarədaşıyan gəmidə yanğın oldu

11-03-2024, 00:02           
Şotlandiyada təyyarədaşıyan gəmidə yanğın oldu
Şotlandiyanın Qlenmullen limanında “HMS Queen Elizabeth” təyyarədaşıyan gəmisində kiçik yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “UK Defence Journal” ixtisaslaşmış portalı mənbələrə istinadən məlumat yayıb.

Yanğın zamanı insan itkisi qeydə alınmayıb.

Britaniya Hərbi Dəniz Qüvvələrinin sözçüsü bildirib ki, yanğın tez bir zamanda nəzarət altına alınıb və söndürülüb.

“HMS Queen Elizabeth” təyyarədaşıyan gəmisi 2017-ci ildə Britaniya donanmasına istismara verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru