ABŞ-da atışma olub, ölənlər var

11-03-2024, 08:54           
ABŞ-da atışma olub, ölənlər var
ABŞ-ın Arkanzas ştatının Consboro şəhərində bazar günü səhər yerli vaxtla səhər saatlarında atışma nəticəsində azı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə yerli polis bildirib.

Consboro polisi öz Facebook səhifəsində yazıb ki, bazar günü səhər Jonesboro şəhərinin mərkəzində hadisə yerinə gedərkən, orada güllə yaraları olan çoxlu qurban tapıblar.

Bir nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb, polisə daha dörd nəfərin şəxsi avtomobillərlə xəstəxanalara aparıldığı bildirilib.

Polis atışmaya nəyin səbəb ola biləcəyini açıqlamayıb və xəstəxanaya aparılan insanlarla bağlı son məlumat verməyib.

İstintaq davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru